ABŞ-ın Türkiyədən tələb etdiyi telefonun yaddaşı açıldı - Sensasion faktlar

© Sputnik / Murad OrujovTelefon
Telefon - Sputnik Azərbaycan
Abunə olmaq
Telefonun yaddaşındakı gizli yazışmalar yayıldı

BAKI, 27 oktyabr — Sputnik. İstanbul Baş Prokurorluğu, ABŞ-ın Türkiyəyə nota verərək qaytarmasını istədiyi mobil telefonun parolunu sındırıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, telefonun "WhatsApp" bölümündə diqqət çəkən yazışmalar üzə çıxıb.

Денежные купюры США и американская виза, фото из архива - Sputnik Azərbaycan
ABŞ son şərtlərini açıqladı, Türkiyə rədd etdi

Belə ki, telefonun sahibi, hazırda həbsdə olan ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Mətin Topuzun, K. isimli amerikalı diplomatla yazışmaları ciddi marağa səbəb olub. Mətin Topuz ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə Türkiyə qəzetlərində çıxan məlumatları ingilis dilinə çevirərək amerikalı diplomat K.-ya ötürüb.

Onun hansı səbəbə bunu etdiyi ikili arasındakı mesajlaşmalarda aydın olub. M.Topuz 22 mart 2016-cı ildə saat 08:51-də "WhatsApp"-da "Rza Zərrab" adlı qrup yaradır. Və ilk mesajını 09:02-də atır. Yazışmaya 09:25-də konsulluğun amerikalı diplomatı K. adlı şəxs də qoşulur.

Bu da həmin mesajlaşmalar:

Mətin Topuz (22 Mart 2016, saat 09.02): "Hürriyet" qəzeti yazır ki, Rza Zərrab Mayamidə həbs olunub. ABŞ hökumətinin İrana qarşı embarqosunu yarmaq, bank saxtakarlığı və sairlərdə günahlandırılır. Ona bəzi türk şirkətləri də qoşulub, ciddi araşdırma aparılır.)))))

Mətin Topuz (22 Mart 2016, saat 09.05): Ümid edirəm, Obama prokuroru səhv çıxarmaz.

Amerikalı diplomat K. (22 Mart 2016, saat 09.29): Wow Zərrab… İşi kim aparır? Federal Təhqiqatlar Bürosu (FTB), yoxsa Narkotiklərlə Mübarizə Agentliyi (DEA)? Məlumat var?

Mətin Topuz (22 Mart 2016, 09.30): FTB

Bəkir Bozdağ - Sputnik Azərbaycan
Rəsmi Ankara: Türkiyə və ABŞ viza böhranın həlli üçün birgə çalışacaq

Amerikalı diplomat K. (22 mart saat 09:30): Adamsan. Əla xəbərdir.

Mətin Topuz (22 mart 2016-da 09.32): FTB-yə Türkiyədə uğurlar arzulayıram. Onlar Türkiyədəki şirkətlər haqqında məlumat əldə etməyə çalışacaqlar.

Amerikalı diplomat K. (22 mart 2016-da 09:32): Hahahahaha yeah. Onun Ankaradakı siyasətçilərlə yaxşı əlaqələri var. Yəqin ki, FTB-nin sorğu-sualı onun üçün elə də əyləncəli olmayacaq. Maraqlı şeylər üzə çıxacaq.

Mətin Topuz (22 Mart 2016, 09.33): O, iranlıdır. Tezliklə hər şeyi açıb tökər.

Amerikalı diplomat K. (22 mart 2016, saat 09.34): Allah eləsin, Allah eləsin.

Xatırladaq ki, Mətin Topuz, oktyabrın 4-də həbs olunub. O, Türkiyə Respublikası hökumətini ortadan qaldırmağa və ya vəzifəsini icra etməyə maneə olmağa təşəbbüs, dövlət üçün gizli qalması lazım olan məlumatları, siyasi və ya hərbi casusluq məqsədiylə xaricə ötürmədə təqsirləndirilir.

Amerika Birləşmiş Ştatları Türkiyəyə nota verərək Mətin Topuzun cib telefonunu Vaşinqtona göndərməyi təklif edib. Ağ Evdən bildirilib ki, həmin telefon ABŞ-a məxsusdur və geri qaytarılmalıdır.

Xəbər lenti
0