CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borclarınızı qısa müddətdə ödəyin, əks halda...

© Sputnik / Murad OrujovКвитанции за коммунальные услуги
Квитанции за коммунальные услуги - Sputnik Azərbaycan
Abunə olmaq
Belə hallara yol vermiş şəxslərə qarşı ciddi tədbir görüləcək

BAKI, 27 oktyabr — Sputnik. "Azərişıq" ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 24 oktyabr 2017-ci il tarixindən etibarən müvafiq qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılır.

Лампочка, фото из архива - Sputnik Azərbaycan
İşıqlar söndürüləcək, işinizi ehtiyatlı tutun

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız "Azərişıq" ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər.

Xəbər lenti
0