BAKI, 10 oktyabr — Sputnik. 10–12 oktyabr 2017-ci il tarixlərində saat 11.00-dan 15.30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, fasiləyə səbəb "Azərenerji" ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.