BAKI, 26 oktyabr — Sputnik. Türkiyə ilə yanaşı İngiltərə, İspaniya, Fransa və Braziliya liqalarını canlı yayımlayan Qətərin "beIN SPORTS" şirkəti İstanbulun "Başakşehir" futbol klubunu almaq istəyir. Sputnik Azərbaycan "Fanatik"-ə istinadən xəbər verir ki, ərəb nümayəndə heyəti ilə klub rəhbərliyi artıq razılaşıblar.
Məlumata görə, "beIN SPORTS" şirkəti türk klubunun rəhbərliyinə külli miqdarda pul təklif edib. Rəhbərlik ərəblərin təklifinə yox deyə bilməyib. Yanvar ayının ilk həftəsində komandanın Qətər şirkətinə satıldığı rəsmi şəkildə elan ediləcək.
Qeyd edək ki, "beIN SPORTS"-un sahibi Nasir əl-Xəlaifi həm də Fransanın "PSG" futbol klubunun prezidentidir.