CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Telefon xətlərimizə qanunsuz müdaxilə cinayət məsuliyyəti yaratmayacaq

© pixabay / websubsОфисный работник, набирающий номер на телефоне. Архивное фото
Офисный работник, набирающий номер на телефоне. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət Məcəlləsindən "Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma" maddəsi çıxarılıb

BAKI, 25 oktyabr — Sputnik. Ötən həftə Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 360-cı (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) maddəsinin dispozisiyasından "az miqdarda" sözləri çıxarılıb, həmin maddənin "Qeyd" hissəsi ləğv edilib.

Kommunal xidmət qəbzləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kommunal xidmətlərlə bağlı cəzalar sərtləşdirildi

Təklif olunan variantda deyilir ki, abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə ziyan vurmaqla törədildikdə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Mövcud variantda isə deyilir ki, abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Həmin maddənin ləğv edilən "Qeyd" hissəsində deyilir ki, bu maddədə "az miqdarda" dedikdə, min manatadək olan məbləğ başa düşülür.

Dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Plenar iclasda Cinayət Məcəlləsinə dəyişikliklərə də baxılıb. Həmin məcəllədən 189-cu (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) maddə çıxarılıb. Həmin maddədə deyilir ki, abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatdan 300 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Beləliklə, telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma cinayət məsuliyyəti yaratmayacaq, inzibati məsuliyyət yaradacaq.

Bu dəyişiklik də birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0