CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir "ölü" cəriməni "diriltdilər"

© Sputnik / Murad OrujovНаручники и пачки денег на столе, фото из архива
Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edib

BAKI, 25 oktyabr — Sputnik. "Metroda qapıları saxlayıb qatarın hərəkətinə mane olan kifayət qədər sərnişin var". Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Одна из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
Metroda sərnişinləri ən çox narazı salan məqamlardan birinə aydınlıq gətirildi

O bildirib ki, gün ərzində metrodan 700 mindən çox sərnişin istifadə edir: "Xüsusilə pik saatlarda qatarın qapılarının sərnişinlər tərəfindən saxlanması məsələsinə nəzarət etmək çox çətindir".

N. Paşayevin sözlərinə görə, sərnişinlər özləri qapıları saxlamaqla həm qrafiki pozduqlarını, həm də qapılara zərər yetirdiklərini başa düşməlidirlər: "Başa düşürük ki, pik saatlarda sərnişin çox olur, hamı qatara minmək istəyir. Ancaq nəzərə almaq lazımdı ki, qapı saxlamaq çıxış yolu deyil".

Şöbə rəisi qeyd edib ki, qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulub: "Bu məsələyə polis nəzarət edir".

Xəbər lenti
0