ELM

Rusiya daha bir sahədə liderliyi Qərbdən alır

© Sputnik / Murad OrujovMoskvanın Nikolskaya küçəsi
Moskvanın Nikolskaya küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Putin Rusiyanın onun daxili işlərinə müdaxiləyə dözməyəcəyini xatırladıb

BAKI, 24 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Valday" klubunda iki məqama xüsusi diqqət ayırıb.

Bunu Sputnik Azərbaycan-a siyasi məsləhətçi, "NPR Group" konsaltinq agentliyinin direktoru Dmitri Fetisov deyib.

Rusiya lideri oktyabrın 19-da "Valday" klubunun plenar sessiyasında bir sıra vacib məsələlərə, o cümlədən Qərb tərəfdaşları ilə münasibətlərə də toxunub.

Fetisov diqqəti ona cəlb edib ki, Putin öz çıxışında ilk növbədə aydın və qəti bir şəkildə Rusiyanın onun daxili işlərinə müdaxiləyə dözməyəcəyini xatırladıb. 

Robotlar Bakıda futbol oynadılar - Sputnik Azərbaycan
VİDEO
Robotlar Bakıda futbol oynadılar

Ekspert həmçinin qeyd edib ki, bu bəyanat Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl verilib.

"Belə bir bəyanatın verilmə vaxtının seçdiyi tarix Putinin müdaxilə cəhdlərindən xəbərdar olduğunu göstərir" – deyə o, bildirib.

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, Putin göstərib ki, Rusiya elm tutumlu texnologiyaların inkişafında yeni səviyyəyə çıxmağa və bu sahədə qabaqcıl ölkələrə ciddi rəqib olmağa hazırdır.

Politoloqun sözlərinə görə, Putin bu məsələdə maraqlı olduğu gizlətməyib. Fetosov hesab edir ki, son zamanlar Rusiya lideri süni intellekt mövzusuna, rəqəmsal iqtisadiyyata və qabaqcıl texnologiyalara böyük diqqət ayırır.

"Ona görə də Putinin çıxışı Rusiya tamaşaçısının xüsusi təəccübünə səbəb olmayıb" – deyə o, bildirib. 

Робот-патрульный в китайской провинции Хэнань - Sputnik Azərbaycan
ELM
Dünyanın ilk "robot vəkili" məsləhət xidmətinə başladı

Fetisovun sözlərinə görə, Qərbdə Putinin çıxışına xüsusi diqqət yetirilib. Bu isə onu göstərir ki, Qərb ölkələri Rusiyanın yüksək intellektual texnologiyalar sahəsindəki lider mövqeyinin mümkünlüyünə inanırlar.

"Bir sözlə, "Valday"dakı çıxışında Putin özü Rusiyanın daxili işlərinə müdaxiləyə dözməyən, sanksiyalara baxmayaraq, texnologiya sektorundakı geriliyi müvəffəqiyyətlə aradan qaldırmağa hazır ölkə olaraq müasir dünyadakı yerini müəyyən edib" – deyə Sputnik-in müsahibi bildirib.

Qeyd edək ki, 16-19 oktyabr tarixlərində Soçidə "Valday"Beynəlxalq Diskussiya klubunun "Yaradıcı məhv: münaqişələrdən yeni dünya düzəni yaranacaqmı?" mövzusunda on dördüncü iclası keçirilib.

Xəbər lenti
0