BAKI, 11 mart-Sputnik. ABŞ və Kanadada sığınacaq müraciəti edənlərin köməyinə artıq dünyanın ilk robot vəkili yetişir.
Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, Böyük Britaniyada yol cəzaları ilə mübarizə etmək üçün inkişaf etdirilən proqram, miqrantlara hüquqi dəstək vermək məqsədiylə istifadə edilməyə başlandı.
20 yaşındakı Stanford Universitetinin tələbəsi Joshua Brovderin inkişaf etdirdiyi bir kompüter proqramı, "Dünyanın ilk robot vəkili" olaraq bilinir.