CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda pensiyaçıların pulunu qarət edən qrup peyda olub

© Sputnik / Farid BabayevManat
Manat - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda təqaüdçülərin pullarının qəsdinə duran qrup bir həftədə ikinci analoji cinayəti törədib

BAKI, 24 oktyabr — Sputnik. Paytaxtda təqaüdçülərin pullarının qəsdinə duran qrup peyda olub. Xətai rayonunda bu qəbildən olan növbəti quldurluq hadisəsi qeydə alınıb. Cinayətin qurbanı yaşlı kişi olub. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanları məlumat verib.

Belə ki, oktyabrın 22-də iki naməlum şəxs Gəncə prospektindəki 27 nömrəli evdə yaşayan 1938-ci il təvəllüdlü Məmmədov Viktor Kərimoviçin yaşadığı mənzilə daxil olub. Cinayətkarlar kişinin boğazını dəsmalla sıxaraq və onu bıçaqla hədələyərək evdəki bütün pulları verməsini tələb ediblər. Quldurlar bu yolla təqaüdçünün evindən 2500 manat və 500 dollar alaraq aradan çıxıblar. 

Пистолет и боеприпасы к нему, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada azərbaycanlı öz həmyerlisinin qətlini sifariş edib

Quldurlar eyni qayda ilə 14 oktyabr saat 22:00 radələrində 1938-ci il təvəllüdlü Maksimov Yuri Aleksandroviçin, Nizami rayonu Rüstəmov küçəsindəki mənzilinə daxil olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, cinayətkarlar qapını döyüblər və kişi heç nədən şübhələnmədən onları içəri buraxıb. Quldurlar kişinin ağzını və qollarını yapışqanlı lentlə (skoç) bağlayıblar və onun evini qarət ediblər.

Maksimovun evindən 2500 manat, 6 min ABŞ dolları, 22 min 750 rus rublu və qol saatını aparıblar. Zərərçəkmiş faktla bağlı polisə şikayət edib. Şikayət məktubu oktyabrın 18-də Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə daxil olub. Kişi məlumatı polisə gec verməsini evdən çıxmaqdan qorxması ilə izah edib. 

Klouey Aylinq - Sputnik Azərbaycan
"Humanist quldurlar" oğurladıqları məşhuru sərbəst buraxdılar

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Maksimov tənha təqaüdçüdür. Amma onun Rusiyada yaşayan qızı var və ona pul göndərir. Bir təqaüdçünün evində bu qədər pulun olmasını, o, qızının davamlı olaraq ona Rusiyadan pul yollaması ilə izah edib. Hələlik faktla bağla heç kəs saxlanılmayıb.

Qeyd edək ki, oktyabrın 19-da Bakı şəhər Baş Polis İdarəsində 9 ayın yekunlarına həsr olunmuş toplantı keçirilib. Həmin toplantıda verilən məlumata görə, bu ilin 9 ayı ərzində paytaxtda 9 min 148 cinayət hadisəsi qeydə alınıb ki, onun da içində 1540 faktı (6,8%) ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Quldurluq isə xüsusi ağır cinayət növü kimi təsnifləşdirildiyindən, həmin rəqəmə quldurluq hadisələri də daxildir. 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu il demək olar ki, ağır və xüsusilə ağır cinayətlərin sayı 2,7% azalıb. Quldurluq faktlarının üstünün açılmasında isə vəziyyət 5,9% yaxşılaşıb.

Xəbər lenti
0