BAKI, 8 avgust — Sputnik. Kino çəkilişi vədi ilə İtaliyaya dəvət edilən, daha sonra Milanda görüşdüyü iş adamları tərəfindən qaçırılan ingilis maneken Klouey Aylinq başına gələnləri mediaya danışıb.
"Onlar mənə İtalyada film çəkdiklərini və baş rolda oynamağımı təklif etdilər. Təklif cazibəli olduğu üçün razılaşdım. Milana gəldim və telefonda danışdığım iş adamları ilə görüşdüm. Sakit bir məkana getdik. Yenicə söhbətə başlamışdıq ki, qara əlcək geyən bir nəfər əli ilə boğazımı sıxdı, qışqırmayım deyə o biri əlini də ağzıma tutdu. Qara maska taxan başqa bir adam isə sağ qoluma şprislə dərman vurdu. Ayılanda özümü avtomobil baqajında gördüm" — maneken deyib.
Klouey Aylinq insan alverçilərinin onu İtaliyanın ucqar kəndinə apardıqlarını söyləyib: "Həyatımın ən pis günləri məhz o kənddə keçdi. Hər saniyə, hər dəqiqə və hər saat həyatımdan narahat idim. Mənə 5 ildə 15 milyon avro pul qazandıqlarını və qaçırdıqları bütün qadınları ərəb ölkələrinə satdıqlarını söylədilər. Ərəblərin pulla aldıqları qadınlardan bezəndə, onları şirlərə yem etdiyini deyərək, məni qorxutdular. Və məni hərraca çıxarmaqla təhdid edirdilər".
Lakin daha sonra bir möcüzə yaşanır. Qadın alveri ilə məşğul olan "Black Death" adlı şəbəkənin üzvləri maniken Klouey Aylinqin körpə uşaq anası olduğunu öyrənirlər. Təşkilatın qaydalarına əsasən "anaları qaçırmaq" qadağan olduğu üçün onlar ingilis manikeni sərbəst buraxırlar.
Şəbəkənin başında duran polşa əsilli İngiltərə vətəndaşı Lukas Herba polisin uzun axtarışından sonra həbs olunaraq Britaniyaya gətirilib.