ELM

Təhsil naziri təqaüdlərdən danışdı

© Sputnik / Murad OrujovМинистр образования Микаил Джаббаров, фото из архива
Министр образования Микаил Джаббаров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mikayıl Cabbarov: "Həmin gənclər Azərbaycanda elm və təhsilin inkişafına öz töhfələrini verəcəklər"

BAKI, 24 oktyabr — Sputnik. "Ölkədə elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu olub. "2017-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsi üzrə təhsil almasına yönəldilib. Bu o deməkdir ki, həmin gənclər Azərbaycanda elm və təhsilin inkişafına öz töhfələrini verəcəklər".

Həsən İmanlı - Sputnik Azərbaycan
SƏHİYYƏ
ABŞ-da oxuyan azərbaycanlı həkim: "Amerikada təhsil əlçatmaz deyil"

Sputnik Azərbaycan xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov, Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransındakı çıxışı zamanı belə deyib. "Magistr və doktorantların ümumi təqaüdlər sayında göstəricini 63 faizdən daha çox, yəni 85-90 faizə çatdırılmasını qarşıya hədəf kimi qoymuşuq" — nazir bildirib.

"Biz inanırıq ki, ikinci dövlət proqramının həyata keçirilməsi Azərbaycan universitetlərinin bazasında olmalıdır. Başqa sözlə, biz dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, məhz bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Hazırda yeni dövlət proqramının hazırlanması istiqamətində hökumətdaxili müzakirələr davam edir" — M. Cabbarov vurğulayıb.

Xəbər lenti
0