BAKI, 23 oktyabr — Sputnik. İkinci Dünya Müharibəsində darmadağın edilən, lakin daha sonra texnologiyanın inkişafı ilə ayağa qalxa bilən Yaponiya, 2020-ci Olimpiya oyunlarında sürpriz etməyə hazırlaşır. Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, 3 il sonra Tokionun ev sahibliyində keçiriləcək oyunlara "Striptiz" rəqsi və "Poker" kart oyunları da əlavə edilə bilər.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsi açıqlama verib. Komitə məsələnin diqqətdə olduğunu, böyük ehtimalla sözügedən oyunların Olimpiyaya daxil ediləcəyini açıqlayıb.