Fransaya getmək istəyənlər bu yeni qaydalarla tanış olmalıdırlar

© AFP 2024 / Patrick KovarikВид на Париж, фото из архива
Вид на Париж, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən TLS Contact şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq

BAKI, 22 oktyabr — Sputnik. Fransanın Azərbaycandakı Səfirliyi viza ilə bağlı yeni qayda tətbiq edib. Modern.az xəbər verir ki, Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilən vizaların alınmasında növbəti həftələrdə yeni qaydalar tətbiq olunacaq.

Məlumata görə, əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən TLS Contact şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq.

Bu şirkət Bakıda "Globus Center"də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi viza müraciət edənlərə xidmət göstərəcək. 

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın - Sputnik Azərbaycan
Türkiyədən "Viza böhranı" açıqlaması

Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək:

• görüşlərin alınması,

• viza ilə bağlı sualların cavablandırılması

• fransız vizası mərkəzində əhalinin qəbulu

• viza müraciətlərinin qəbulu

• barmaq izlərinin alınması

• xidmət xərclərinin yığılması (standart qiymət 26 avro) və viza xərclərinin yığılması

• pasportların geri qaytarılması

Bu sistemə keçid təqvimi aşağıdakı kimidir:

1. Səfirliyin viza şöbəsilə görüşün alınması cümə axşamı, 2 noyabr tarixi daxil olmaqla TLS Contact vasitəsilə olacaq və bu şirkətin website və cağrı mərkəzləri yeni sistemə keçənə kimi aktiv qalacaqdır. Viza üçün müraciət edənlərə pasportlarını, 6 noyabrdan əvvəl, TLS Contact şirkətindən geri almaları məsləhət görülür. 

Американская виза, фото из архива - Sputnik Azərbaycan
Bu da viza qadağasının ilk "qurbanları"

2. 3 və 6 noyabr tarixləri üçün görüşlər verilməyəcək

3. Fransız vizasının yeni mərkəzində görüşün alınması çərşənbə axşamı, 7 noyabr tarixindən etibarən CAPAGO şirkəti vasitəsilə veriləcək və onun internet ünvanı və çağrı mərkəzi 30 oktyabr tarixindən etibarən aktiv olacaq. İnternet ünvanı və telefon nömrələri istifadəçilərə gələcək günlərdə bildiriləcək.

Beləliklə, viza üçün müraciət edənlərin heç biri bundan sonra, yəni, 3 noyabr 2017-ci il tarixindən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla)

İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza istəyənlər də CAPAGO şirkətinin fransız vizası mərkəzinə müraciət edəcəklər.

Yalnız TLS Contact və CAPAGO şirkətlərinin cavablandıra biləcəyi suallara və həll edə biləcəyi təcili məsələyə görə admin-etrangers.bakou-amba@diplomatie.gouv.fr ünvanına yaza bilərsiniz. Səfirliyin birbaşa müdaxiləsi vacib olmayan müraciətlər cavablandırılmayacaq.


Xəbər lenti
0