Bu da viza qadağasının ilk "qurbanları"

CC BY 2.0 / AIR FORCE ONE / UNITED STATES OF AMERICAАмериканская виза, фото из архива
Американская виза, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın İstanbuldakı Baş konsulluğuna viza üçün gələnlərə bu kağız verildi

BAKI, 10 oktyabr — Sputnik. Bu gün ABŞ-ın İstanbuldakı Baş konsulluğuna viza üçün müraciət edənlər məyus olublar. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, viza ilə bağlı gələnlər binaya buraxılmayıb, əvəzində isə onlara belə bir kağız verilib: "Suallarınıza internet və telefon vasitəsilə cavab ala bilərsiniz".

Bursadan gəldiyini bildirən Ömər Yavuz, üzləşdiyi mənzərəni belə anladıb: "Mənə görüşün ləğv olduğunu dedilər. Bizə bu kağızı verdilər. Dedilər ki, "kağızda yazılan telefon nömrələri ilə əlaqə saxlayaraq məlumat ala bilərsiniz". Kağızda yazılan telefon nömrəsinə dəfələrlə zəng vursam da, məlumat ala bilmədim. Böyük ehtimalla, geri qayıdacağam".

Hazırda viza ilə bağlı görüş istəyənlər Baş konsulluğun binası yaxınlığında gözləyirlər.

Xəbər lenti
0