Beynəlxalq layihənin Azərbaycandan olan iştirakçısı Sevda Fətullayeva həyəcanlı olduğunu bildirsə də, daxili səsin ona hər şeyin yaxşı olacağını dediyini vurğulayıb.
Sevdanın növbəti mərhələyə keçib-keçməyəcəyini bir neçə saatdan sonra bilmək olacaq. Müsabiqə Bakı vaxtı ilə saat 21.00-da başlayacaq və NTV telekanalında və Sputnik portalında canlı yayımlanacaq.
Azərbaycanı bu genişmiqyaslı layihədə İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü, Sevda Fətullayeva və Abbasqulu Səfərov təmsil edir.
NTV teleşirkəti və Sputnik beynəlxalq informasiya agentliyi və radiosu tərəfindən keçirilən "Tı super! Tansı"
beynəlxalq müsabiqəsi Rusiya, MDB və Baltika ölkələrindən olan istedadları birləşdirir və valideyn himayəsindən məhrum uşaqlara arzularını həyata keçirmək üçün şans verir.