Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Arzular reallığa çevrilir: Sevda özünü Moskvada göstərəcək

Abunə olmaq
Tanış olun: bu, “Tı super! Tansı” beynəlxalq layihəsinin iştirakçısı Sevda Fətullayevadır. NTV-nin çəkiliş qrupu bizim iştirakçını Moskva parklarından birində gəzinti zamanı yaxalayıb.

3 nömrəli Uşaq Evinin yetirməsi olan Sevda Fətullayeva hətta düşünə belə bilməzdi ki, payızda özünü Moskvadakı böyük səhnədə göstərə bilər. 

Tı super! Tansının iştirakçısı azərbaycanlılara salam deyir - Sputnik Azərbaycan
VİDEO
"Tı super! Tansı"nın iştirakçısı azərbaycanlılara salam deyir

13 yaşlı Sevda Rusiya paytaxtı ilə tanış olmaq üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıdan Moskvaya uçub. Amma o, vətənə qayıtmayıb. Gəzintilərdən birində Sevdaya xəbər veriblər ki, onu "Tı super! Tansı" layihəsində iştirak etmək üçün seçiblər. İndi Sevda öz çıxışına hazırlaşır və ancaq qələbəyə köklənib.

"Tı super! Tansı" beynəlxalq rəqs müsabiqəsinin iştirakçılarından biri 13 yaşlı azərbaycanlı Sevda Fətullayevadır. Sputnik-in müxbiri Fətullayevadan yarış və onun özü haqqında açıqlama alıb.

Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.

Xəbər lenti
0