SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyadan ABŞ-a cavab

© AFP 2023 / CHRIS KLEPONIS Rusiyanın Vaşinqtondakı səfirliyinin binası
Rusiyanın Vaşinqtondakı səfirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Ancaq təkliflər bu günə qədər cavabsız qalıb.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya səfirliyi ABŞ-a qarşı "hərbi əməliyyatlar" ittihamlarına cavab verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyi Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Nikki Heylinin "hərbi əməliyyatlar" və 2016-cı ildə prezident seçkilərinə müdaxilə ittihamlarına cavab verib.

"Biz bir daha qeyd edirik ki, Rusiya ABŞ-ın daxili işlərinə qarışmır" — deyə səfirlikdən bildirilib. Qeyd edilib ki, 2015-ci ilin noyabr ayından Vaşinqtona kibertəhlükələrlə birgə mübarizə aparmaq təklif edilib. Ancaq təkliflər bu günə qədər cavabsız qalıb:

"Nikki Heyliyə ABŞ-da seçki proseslərinə müdaxilə etmiş və rəsmən elan edilmiş müttəfiqlər və dostlara baxmalı olduğunu xatırlatmaq istərdik. Onlar demokratik bir namizədin lehinə kampaniyaya qalxdılar və hakimiyyətə gələn Respublikaçı namizəd olma ehtimalı ilə bağlı narahatlıqlarını dilə gətirdilər". 

Bitkoin - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rusiya yeni valyutaya keçir

Açıqlamada qeyd edilir ki, bütün dostluq çərçivəsində olmayan addımlarına baxmayaraq, Rusiya illərlə ABŞ-la münasibətlərdə normallığı qorumağa çalışıb:"Biz onlarla bərabər və qarşılıqlı hörmət əsasında münasibət qurmağa hazırıq. Hər kəs, ümumi problemlərin həlli, ümumi yanaşmaların axtarışı üçün ikitərəfli və beynəlxalq gündəmdə olan hər hansı bir məsələ ilə bağlı ABŞ ilə ən açıq dialoqa hazırıq".

Xatırladaq ki, ötən gün Nikki Heyli bildirib ki, Rusiya ABŞ-a qarşı "hərbi əməliyyatlar"a başlayıb və 2016-cı ildə prezident seçkilərinə müdaxilə etməyə çalışıb.

O, Moskvanı dünya miqyasında oxşar əməliyyatlar həyata keçirdiyini bildirib və Kremli ABŞ və Rusiya arasında mövcud olan gərginliyə görə günahlandırıb.

Nikki Heyli həmçinin prezident seçkiləri zamanı Rusiyanın yaratdığı kibertəhlükələrdən söz açıb. O bildirib ki, Moskva yüksək səviyyədə bu ittihamlardan imtina edir.

Xəbər lenti
0