CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polkovnik nöqtəni qoydu: “Nəinki danışan sürücülər, sərnişinlər də cərimələnə bilər”

CC0 / Jace / DriverSürücü
Sürücü - Sputnik Azərbaycan
Abunə olmaq
"Cəza mexanizmi olmasa da, sürücülər özlərinin, avtomobildə əyləşənlərin həyatlarını riskə atacaq heç bir hərəkət etməməlidirlər"

BAKI, 21 oktyabr — Sputnik. Sükan arxasında sərnişinlərlə danışan sürücülərin cərimə olunacağı ilə bağlı söz-söhbətə son qoyulub. Dövlət Yol Polisinin rəsmiləri açıqlama ilə çıxış edərək, bəzi şəxslərin ifadəni kontekstdən çıxartdığını bildiriblər.

Xatırladaq ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bir neçə gün öncə verdiyi müsahibədə, sükan arxasında danışan sürücülərin 40 manat cərimə olunacaqlarını deyib. Polkovnikin sözləri sürücülər arasında birmənalı qarşılanmayıb və bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri, bunu, DYP-nin sürücüləri cərimə etmək üçün yeni hiyləyə əl atması kimi qiymətləndiriblər. 

Ремонт дороги, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərə daha bir xəbərdarlıq

Sputnik Azərbaycan-a açıqlama verən Vaqif Əsədov bu qanunun yeni olmadığını bildirib: "Sürücülər sükan arxasında oturmazdan öncə öz hüquq və vəzifəsini bilməlidirlər. Hətta cəza mexanizmi olmasa da, onlar özlərinin, avtomobildə əyləşənlərin həyatlarını riskə atacaq heç bir hərəkət etməməlidirlər. Əks halda, yol qəzasının baş verməsinə səbəb olarlar. Nəzərə alaq ki, hadisə ani olur. Deməli sürücünün diqqəti yolda olmalıdır".

"Qanunda da göstərilir ki, sürücü sükan arxasında oturanda iki əli ilə sükandan tutmalı, güzgü vasitəsiylə ətrafa nəzarət etməli, avtomobili idarə edən zaman önə baxmalıdır. Maşını idarə edərkən sürücünün diqqəti yolda olmalıdır. Lakin heç də həmişə belə olmur. Bəzən sürücü əlini sükandan çəkib emosional halda salonda əyləşən sərnişinlə söhbət edir. Yola yox, həmin sərnişinə baxaraq maşın sürür. Bu da yol qəzalarına səbəb olur. Belə hallar qanunla qadağandır. Avtomobildə əyləşən sərnişin belə, sürücünün diqqətini yayındıraraq onu söhbətə tutursa, həmin şəxs də məsuliyyətə cəlb oluna bilər" – deyə Əsədov əlavə edib.

Polis polkovniki bu halların polis tərəfindən necə təyin olunduğuna da aydınlıq gətirib. O qeyd edib ki, polis bunu vizual təyin edir: "Necə ki, polis sürücünün əlində telefon görərək ona cərimə yazır, eyni zamanda, sürücünün emosional halda maşın idarə etdiyini görərsə, cərimələyə bilər. Bütün bu qanunlar vətəndaşların sağlamlığını qorumaq üçündür. Sadəcə, sürücülər Yol Hərəkəti Haqqında qanunun 37-ci, piyadalar 40-cı, sərnişinlər isə 41-ci maddəsini əzbər bilməlidirlər". 

Yol polisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi son günlərin ən aktual probleminə aydınlıq gətirdi - Rəsmi

Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, bu yeni qayda deyil: "Hər bir sürücünün bilməli olduğu qaydadır. Hətta qanunda da göstərilir ki, sürücünün fikrini yayındıran sərnişinlər, qaydanı pozduqları üçün cərimələnə bilərlər. Bu qayda sürücü hər dəfə danışan zaman şamil edilmir. Konkret olaraq, sərnişin sürücünün nəqliyyat vasitəsini idarə etməsini mane olan hərəkətlər edərsə, bu zaman cərimələnə bilər".

"Bu zaman belə sual ortaya çıxır. Polis necə sübut edəcək ki, sürücünün danışması onun avtomobili idarə etməsinə mane olub? Ona görə də, bu məsələ mübahisəlidir" – deyə Allahverənov əlavə edib.

Xəbər lenti
0