BAKI, 20 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən "Lökbatan" dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudulaşdırılacaq. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərədə tutulur.
Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.