BAKI, 20 oktyabr — Sputnik. Hindistanda həvəskar futbolçuların çempionatı zamanı, komandalardan birinin futbolçuları hakimə hücum ediblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, oyun zamanı oyunçular, mərkəzi və yan hakimlərlə mübahisə etməyə başlayıblar. Onlardan biri təpiklə hakimi döyüb.
Xatırladaq ki, oktyabrın 19-da rus xokkeyçisi Nikolay Timaşov "Avtomobilist" klubunda məşqlər zamanı, kanadalı idmançı Teylor Beklə dava edib. Məşqdən sonra kanadalı idmançıya üz nahiyəsi sümüklərinin qırılması diaqnozu qoyulub.
— Shaji Prabhakaran (@Shaji4Football) 19 октября 2017 г.