Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda baş verən qarət polisi də təəccübləndirib

© Sputnik / Murad OrujovАвтомобиль дежурной части полиции в Баку, фото из архива
Автомобиль дежурной части полиции в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zərərçəkmiş təqaüdçü polisə, cinayətin 5-ci günü xəbər verib

BAKI, 20 oktyabr — Sputnik. Bakıda yaşlı kişi quldur basqınına məruz qalıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, 14 oktyabr saat 22:00 radələrində iki naməlum şəxs, 1938-ci il təvəllüdlü Maksimov Yuri Aleksandroviçin, Nizami rayonu Rüstəmov küçəsindəki mənzilinə daxil olublar. Cinayətkarlar qapını döyüblər və kişi heç nədən şübhələnmədən onları içəri buraxıb. Quldurlar kişinin ağzını və qollarını yapışqanlı lentlə (skotç) bağlayıblar və onun evini qarət ediblər.

Gənc qadınlar, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda qızlar xarici vətəndaşı qarət etdilər

Maksimovun evindən 2500 manat, 6 min ABŞ dolları, 22 min 750 rus rublu və qol saatını aparıblar. Zərərçəkmiş faktla bağlı polisə şikayət edib. Şikayət məktubu oktyabrın 18-də Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə daxil olub. Kişi məlumatı polisə gec verməsini evdən çıxmaqdan qorxması ilə izah edib.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Maksimov tənha təqaüdçüdür. Amma onun Rusiyada yaşayan qızı var və ona pul göndərir. Bir təqaüdçünün evində bu qədər pulun olmasını, o, qızının davamlı olaraq ona Rusiyadan pul yollaması ilə izah edib. Hələlik faktla bağla heç kəs saxlanılmayıb.

Qeyd edək ki, oktyabrın 19-da Bakı şəhər Baş Polis İdarəsində 9 ayın yekunlarına həsr olunmuş toplantı keçirilib. Həmin toplantıda verilən məlumata görə, bu ilin 9 ayı ərzində paytaxtda 9 min 148 cinayət hadisəsi qeydə alınıb ki, onun da içində 1540 faktı (6,8%) ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Quldurluq isə xüsusi ağır cinayət növü kimi təsnifləşdirildiyindən, həmin rəqəmə quldurluq hadisələri də daxildir. 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu il demək olar ki, ağır və xüsusilə ağır cinayətlərin sayı 2,7% azalıb. Quldurluq faktlarının üstünün açılmasında isə vəziyyət 5,9% yaxşılaşıb.

Xəbər lenti
0