BAKI, 21 iyun — Sputnik. Bakının Səbail rayonunda İraq vətəndaşının başına kuryoz hadisə gəlib. İraqdakı hərbi əməliyyatlardan yorulan və qadın şəfqəti üçün darıxan xarici vətəndaş radikal islamçılardan qaçaraq Azərbaycana gəlib. Dərhal da əylənəcəyi fahişələr tapıb, özü də birini deyil, üçünü birdən.
Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, bu başgicəlləndirən sevgi iraqlıya yerli standartlarla yanaşsaq, çox baha başa gəlib. Nəticədə 1976-cı il təvəllüdlü incidilmiş Manaf Abdulhəmid Abdulməcid polisə gəlib və ərizə ilə müraciət edib.
Onun sözlərinə görə, Neftçilər prospektində mənzil kirayələyib və iyunun 19-dan 20-nə keçən gecə seks sənayesinin üç cazibədar işçisini yaşadığı ünvana dəvət edib. Təqribən 3 saat sonra o, özünü qaydaya salmaq və onun üçün "darıxan" rəfiqələrinin cəmiyyətinə qayıtmaq üçün girdiyi vanna otağından çıxıb. Lakin otağa girəndə, qonaqlarını qoyduğu yerdə tapmayıb.
Gözəllər əliboş getməyiblər və hərəsi min manat aparıb. Xarici aşna sevgi macəralarına, eləcə də fahişələrə belə böyük məbləğdə pul ödəmək niyyətində olmayıb. Buna görə də təsadüfi tanışlarının ondan xəbərsiz apardıqları pulu oğurluq kimi qiymətləndirib.
Maraqlıdır ki, zərərçəkmiş hətta heç vaxt yadından çıxarmayacağı oğruların adlarını da bilmir. Hazırda polis əməkdaşları bəxtsiz sevgi qəhrəmanına həmin 3 qızı tapmaqda və pullarını geri qaytarmaqda kömək etməyə çalışır.