SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan AŞPA ilə bağlı radikal qərar verə bilər

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidДелегаты в зале на пленарном заседании зимней сессии ПАСЕ
Делегаты в зале на пленарном заседании зимней сессии ПАСЕ - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov: "Onlar bu addımı atarlarsa, Azərbaycanın Avropa Şurasında qalıb-qalmayacağı müzakirə olunacaq"

BAKI, 20 oktyabr — Sputnik. "Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Məncə, bu, doğru addım deyil".

Самед Сеидов, председатель комитета Милли Меджлиса АР по международным отношениям и межпарламентским связям, руководитель делегации Азербайджана в ПАСЕ - Sputnik Azərbaycan
SİYASƏT
Səməd Seyidov alt qatda baş verənləri dilə gətirdi: "Təzyiqlər çox güclüdür"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. Onun sözlərinə görə, AŞPA katibi Yaqland Azərbaycana qarşı düşmən kəsilən adamdır.

"Orada 68 ildir ki, tətbiq olunmayan bir maddəni Azərbaycana qarşı qəbul etmək istəyirlər. Hansı ki, Avropa Şurasında Avropa Məhkəməsinin 10 minlərlə qərarı yerinə yetirilmir. Hətta onların cərimələri belə, verilmir. Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər" — spiker bildirib.

"Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi tam ədalətsizlikdir. Bu, baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq" — deyə Oqtay Əsədov bildirib.

Xəbər lenti
0