Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məşhur idmançıdan şok açıqlama: "Məni zorladılar"

© AFP 2024 / RONALD MARTINEZ / GETTY IMAGES NORTH AMERICA Olimpiya çempionu Makkayla Maroni
Olimpiya çempionu Makkayla Maroni - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, bakirəliyini 13 yaşında ABŞ yığmasının həkimi Larri Nassar pozub

BAKI, 19 oktyabr — Sputnik. ABŞ yığmasının üzvü, olimpiya çempionu Makkayla Maroni dünya idmanını şoka salan açıqlaması ilə diqqət mərkəzindədir. Sputnik Azərbaycan Apasport.az-a istinadla xəbər verir ki, dekabrın 9-da 22 yaşını tamam edəcək gimnast məşqçi və həkimi tərəfindən zorlandığını deyib.

Gecə klubu, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda gecə klubunun sahibəsini kim və niyə zorlayıb

O bildirib ki, bakirəliyini 13 yaşında ABŞ yığmasının həkimi Larri Nassar pozub. Ardınca məşqçiləri də 7 il onu zorlamaqda davam ediblər. Maroni "Twitter" üzərindən verdiyi açıqlamasında 2012-ci ildə Londonda Olimpiya çempionu olmazdan az öncə Nassar tərəfindən zorlandığını vurğulayıb. Onun sözlərinə görə, həkim müalicə adı ilə ona dəfələrlə təcavüz edib: "Mənə uçuşlardan öncə yuxu dərmanı verirdi. Bir dəfə onun hotel otağında oyandım. Yaponiyada yaşanan hadisədə isə guya məni müalicə etdiyini söylədi". 

Ötən il karyerasını bitirən gimnast Texas ştatında beynəlxalq təlim-məşq toplanışı zamanı zorlandığını da etiraf edib. O bildirib ki, həkim bunu ona "müalicə" adı ilə tətbiq edib: "Bu, müalicənin bir parçasıdır" deyirdi. Bütün yarışlardan öncə fürsət tapan kimi məni belə "müalicə" edirdi. Londonda qızıl və gümüş medal qazanmamışdan öncə məni zorladı. Onun ən böyük cinsi hücumuna isə Tokiodakı dünya çempionatından öncə məruz qalmışam".

Maroni açıqlamasında məşqçilərinin də onu zorladığını açıqlasa da, onlar barədə danışmayıb. Onun çalışdırıcısı isə erməni əsilli Artur Akopyandır.

Qeyd edək ki, 3 ayrı uşaq pornoqrafiyası ilə bağlı məhkəməyə çıxan həkim həbs cəzası alıb. Həmçinin, 125-dən çox qadının şikayəti əsasında araşdırmalar davam edir. Yekun nəticə noyabrın 27-də açıqlanacaq.

Xəbər lenti
0