CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeyib-içmək həvəskarlarına Vergilər Nazirliyindən şad xəbər

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Vergilər Nazirliyi
Azərbaycan Respublikası Vergilər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: "Hazırda saxta araq istehsalçıların kimliyini müəyyənləşdirmək üçün işlər aparılır, bu, saxta araqların satışdan çıxarılmasına imkan yaradacaq"

BAKI, 19 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Azərbaycan-Gürcüstan sərhəddində gömrük nəzarətindən yayınaraq qaçaqmalçılıq yolu ilə Gürcüstandan ölkəmizə gətirilən 600 mindən artıq saxta aksiz markasını aşkarlayaraq götürüb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə DTX-nın saytında məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat yolu ilə saxlanılıb. 

Сотрудники  Службы государственной безопасности Азербайджана, фото из архива - Sputnik Azərbaycan
DTX: Terrorçulara qoşulmuş azərbaycanlıların çoxu öldürülüb

Araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub.

"Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir. Azərbaycan Respublikasında vətəndaşların fiziki sağlamlığına, xalqın genofonduna qəsd edən hər növ qanunsuzluğun qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır" — deyə DTX bildirib.

Vergilər Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, araq istehsalı ilə məşğul olan istehsalçıların aksiz markalarından istifadə etməsi vacibdir. Ona görə də, istənilən markalanmamış məhsullar satışdan dərhal çıxarılacaq.

"Hazırda saxta araq istehsalçıların kimliyini müəyyənləşdirmək üçün işlər aparılır. Bu, saxta araqların satışdan çıxarılmasına imkan yaradacaq. Satışdakı markalanmış məhsulları müəyyən etmək çətindir" — deyə Vergilər Nazirliyindən bildirilib. 

Azərbaycan Respublikası Vergilər Naziliyi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vergi ödəyicilərinə şad xəbər

Xatırladaq ki, bu ilin sentyabrında AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində kustar üsullarla aseton qarışığı ilə araq istehsal edən 10 nəfərlik cinayətkar qrupu zərərsizləşdirmişdi.

Biləcəri, Sulutəpə və Saray qəsəbələrində cinayətkarların hazır məhsulları və on tonlarla spirtin mühafizə olunduğu anbar və sexləri aşkara çıxarmışdılar. Eyni zamanda çox sayda aksiz markası, etiketlər, qapaqlar və araq istehsalı üçün lazım olan texnika da müəyyən edilmişdi. Hüquq mühafizəçiləri müsadirə etdikləri araqları ekspertizaya göndərdikdə onun tərkibində insan sağlamlığına böyük təhlükə yaradan aseton aşkarlanmışdı.

Xəbər lenti
0