Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tanınmış hakim "Qarabağ"ın verilməyən penaltisindən danışdı

© Sputnik / Murad OrujovГрупповой этап Лиги чемпионов. Матч "Карабах"-"Атлетико Мадрид". Бакинский олимпийский стадион. 18 октября 2017 года
Групповой этап Лиги чемпионов. Матч Карабах-Атлетико Мадрид. Бакинский олимпийский стадион. 18 октября 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Penalti epizodu haqda danışan keçmiş ispaniyalı hakim Anduxar Oliver, referinin yanlış qərar qəbul etdiyini deyib

BAKI, 19 oktyabr — Sputnik. Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulmasına İspaniya mətbuatı da biganə qalmayıb.

Sputnik Azərbaycan "Qol.az"-a istinadən xəbər verir ki, sözügedən epizod haqda danışan keçmiş ispaniyalı hakim Anduxar Oliver, referinin yanlış qərar qəbul etdiyini deyib:

“İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”.

Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində qonaqların oyunçusu Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

Xəbər lenti
0