Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisinin heyəti açıqlanıb

© pixabay / PDPicsBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir

BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 21-də Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək. Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamız birincilikdə tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.

Yığmamız Həsən İbrahimov (49 kq), Amid Əlizadə (52 kq), Orxan Həsənov (56 kq), Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Surət Qarayev (81 kq), İsmayıl Yaqubov (91 kq), Məhəmməd Abdullayev (+91 kq) ibarət olacaq.

Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığmamız ertəsi gün Antalyaya yollanacaq. Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.

Qeyd edək ki, yarışda ölkəmizi 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək.

Xəbər lenti
0