Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə yeni təhlükə ilə qarşı-qarşıya

© REUTERS / StringerKərkük, 16 oktyabr 2017-ci il
Kərkük, 16 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Kərkükü asanlıqla təslim edən kürd separatçıları daha böyük planı işə sala bilərlər

BAKI, 17 oktyabr — Sputnik. İraq silahlı qüvvələrinin Kərkük keçirdiyi əməliyyat dünya mediasının əsas mövzularındandır. Peşmərgələrin Kərkükün cənubundan geri çəkilməsindən dərhal sonra, kürd muxtariyyəti Ərbildən Kərkükə əlavə qüvvələr göndəriləcəyi barədə açıqlama versə də, bu məlumat təsdiqini tapmadı.

Члены иракских ВС входят на нефтяные месторождения в Киркук, Ирак 16 октября 2017 года - Sputnik Azərbaycan
TƏHLİL
"İraq ordusunun Kərkük əməliyyatı tam qanuni və zəruridir"

İraq mərkəzi hökumətinə tabe olan silahlı birləşmələr — federal polis, antiterror birlikləri və "Həşdi Şabi" qüvvələri də Kərkük istiqamətində əməliyyatlara başladı. İlk mərhələdə İraq qüvvələri Kərkük ətrafında iki neft yatağında, eləcə də bir hərbi hissədə nəzarəti ələ keçirib. Ələ keçirilən neft yataqları Baba Qurqur və Bay Həsən olub. Daha sonra isə, hava limanı və bir neçə digər strateji məntəqələr peşmərgədən geri alınıb.

Kərkük artıq beynəlxalq qüvvələrin maraqlarının toqquşduğu məkana çevrilib. İŞİD təhlükəsinin tədricən ortadan qalxmasıyla, yeni konflikt — kürd məsələsi meydana çıxdı. Sözsüz ki, Bərzaninin "müstəqilləşmə" yolunda atdığı addımlar mərkəzi İraq hakimiyyətini və İranı da narahat etməyə bilməz. Ən azı ona görə ki, regionda işə düşən "Böyük Kürdüstan" proyekti hər iki dövlətin ərazi bütövlüyünə təhdid deməkdir. İran tərəfindən dəstəklənən Təlabani əşirətinin Şimali İraqda nüfuzu isə heç də Bərzanidən az deyil.

İraq Silahlı Qüvvələri və "Həşdi Şabi" hərbi birləşmələrinin asanlıqla Kərkükü alması maraq doğurur. Sözsüz ki, bu uğurda Mosulu işğaldan azad edən bir ordunun hərbi təcrübəsi də mühüm rol oynayıb. Şimali İraqdan gələn məlumatlar rəsmi Bağdadın qazandığı qələbədə peşmərgələrin "xəyanətinin" də əvəzsiz rolu olduğunu təsdiqləyir.

Məlumata görə, istər Kərkük, istər Duzxurmati, istər Şəngər, istərsə də digər bölgələrdə İraq ordusunun hücumu zamanı bir çox kürd silahlı birləşmələri mövqelərini döyüşmədən təslim edib. Şimali İraq Kürd Muxtariyyətinə aid Dəyişim Hərəkatından (Goran) İraq parlamentinə seçilən millət vəkili Məsud Heydərin açıqladığı bir sənəd bu geri çəkilişin əsl səbəblərinə aydınlıq gətirir. Məsud Heydərinin bildirdiyinə görə, həmin saziş Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) sabiq baş katibi Cəlal Təlabaninin oğlu Bafıl ilə "Həşdi Şabi" yetkilisi və Bədir Briqadaları komandiri Hadi Əmiri arasında əldə olunub.

Члены иракских ВС входят на нефтяные месторождения в Киркук, Ирак 16 октября 2017 года - Sputnik Azərbaycan
İraq ordusu Kərkükdə strateji məntəqələri ələ keçirdi

Bərzani kurd muxtariyyetinin 40 min kv. km ərazidən əlavə olaraq 21 min kv. km ərazini zəbt etmişdi. Artıq 2250 kv. km ərazi kurdlərdən geri alinib, hələ bir çox ərazilər də geri alinmalidir.

Bu arada, Turkiyədə də kurdllər fəallaşıblar. HDP açıq həmlələrə başlayıb. Hazırda Türkiyənin əsas hədəfi İraqin ərazi bütovlüyünün qorunmasıdır.

Bu gün kürd referendumunun nəticələrinin ləğv olunması, eləcə də Ərbilin, İŞİD-dən sonra kürdlərin ələ keçirdiyi ərazilər mərkəzi hökumətə geri qaytarılması tələb edilir. Bərzani hakimiyyəti isə referendumun nəticələrinin ləğvi qarşılığında hansısa güzəştlər istəyir. Bağdadın isə geriyə yolu yoxdur.

Məhz bu səbəbdən İbadi hökuməti referendum deyil, kürdlərin ələ keçirdiyi bölgələri geri qaytarmaq tələbi ilə əməliyyatlara başlayıb. İraq, Türkiyə və İranın Kürdüstanla sərhədini bağlaması Bərzaninin alternativ yollar axtarmasına və rəsmi Bağdadla barışmaq istəməsinə gətirib çıxarıb.

Bərzani anlayır ki, müstəqil dövlətin yaranması üçün mütləq xarici ölkələrə çıxış lazımdır. Bərzani Kürdüstanın yaranmasını arzulamayan ölkələrin əhatəsindədir. İran, Suriya və Türkiyə bu ideyaya qarşıdır. Onların razılığı olmadan "Kürdüstan" yaradıla bilməz. Reallıq budur. "Kürdüstan" İraq, İran, Suriya, Türkiyə və Azərbaycan ərazilərinə iddialıdır.

Göründüyü kimi, bu layihə Vaşinqtonun maraqlarına cavab verir. Deməli, "kürd problemi" bütünlükdə bölgəni əhatə edəcək. Bərzani "komediyası" növbəti mərhələyə qədəm basır. Ehtimal var ki, Türkiyə, İran və s. ölkələrdə kürd separatizmi genişlənəcək. Türkiyədə yeni terror aktları təhlükəsi meydana çıxıb. Bir sözlə, Kərkükü asanlıqla təslim edən kürd separatçıları daha böyük planı işə sala bilərlər…

Xəbər lenti
0