BAKI, 17 oktyabr — Sputnik. Türkiyə millisi və "Qalatasaray" futbol klubunun keçmiş baş məşqçisi Fatih Terim "Trabzonspor"-dan təklif alıb. Sputnik Azərbaycan "Sabah"-a istinadən xəbər verir ki, Ərsun Yanal ilə yollarını ayıran Qaradəniz təmsilçisi, ilk olaraq Fatih Terimə təklif göndərib.
Təcrübəli məşqçinin hələlik cavab vermədiyi bildirilir.
Qeyd edək ki, "Trabzonspor" son turda öz evində "Akhisar" klubuna 1-6 hesabı ilə məğlub olub. Böyük hesablı məğlubiyyətdən sonra komanda rəhbərliyi Ərsun Yanal ilə yollarını ayırıb.