Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlı analar üçün qadağalar siyahısı

CC BY 2.0 / Bridget Coila / Holding Hands With a Newborn BabyМать держит руку новорожденного ребенка. Архивное фото
Мать держит руку новорожденного ребенка. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq əmizdirən ana üçün qadağan olunmuş qidalar

BAKI, 16 oktyabr — Sputnik. Əmizdirmə zamanı ana sağlam, çeşidli və keyfiyyətli qidalanmalıdır. Ana düzgün qidalanmadıqda, müəyyən qaydalara riayət etmədikdə, bu, uşaqda allergiyaya, köpə, ishala və ya əksinə qəbizliyə səbəb olur.

Əmizdirmə zamanı bəzi qidaların istehlakı uşaq üçün potensial təhlükə yaradır. Bu ilk növbədə yüksək allergik xüsusiyyətlərə malik olan məhsullardır.

Sputnik Azərbaycan Saglamolun.az-a istinadən həmin məhsulların siyahısını təqdim edir:

Kolbasa istehsalı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölüm qidası: quş peyini, dəri, dırnaq, tüklü ət və...

— bal

— qoz, fındıq, araxis və s.

— balıq

— sitrus meyvələri

— şokolad

— kakao

— sitrus meyvələri

— qırmızı rəngdə olan istənilən meyvə, giləmeyvə və tərəvəzlər

— yumurta

— göbələk

— ekzotik meyvələr.

Bu qidaların istehlakı bir çox uşaqlarda allergik reaksiyalara səbəb olur ki, pediatrlar bu qidalardan xüsusilə ilk aylarda imtina etməyi tövsiyə edirlər. Daha sonra bu qidaları az miqdarda qidalanmaya daxil etmək olar — məsələn, gün ərzində 1-2 tikə şokolad, 1 dilim portağal və s.

Həmçinin kolbasa-sosiska, konservlər, mayonez, hisə verilmiş məhsullar kimi faydalı olmayan qidalar da əmizdirən qadının rasionundan çıxarılmalıdır.

İlk aylarda körpələr köpdən əziyyət çəkir. Bu aylarda ana köpə səbəb olan qidalardan imtina etməlidir. Bu qidalar arasında: kələm, lobya, noxud, mərci, turp, çuğundur, təzə meyvələr, mayalı xəmirdən hazırlanmış un məmulatları, qazlı içkilər, süd məhsulları.

Həmçinin əmizdirən ana kifayət qədər təmiz su içməlidir ki, onun orqanizmində süd məhz mayedən əmələ gəlir. Ana az su içirsə, bu südün ifrazını azaldır.

Xəbər lenti
0