BAKI, 16 oktyabr — Sputnik. Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Trabzonspor" klubunun sükanı arxasına keçə bilər. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.
Trabzon təmsilçisinin son turda öz evində "Akhisar"a 1:6 hesabı ilə uduzması Ərsun Yanalın istefa verməsinə səbəb olub. 48 yaşlı Prosineçkinin onun yerinə ən yaxın namizəd olduğu bildirilir.
Xatırladaq ki, Robert Prosineçkinin Azərbaycan millisi ilə 3 illik müqaviləsinin müddəti dekabrda başa çatacaq.