CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəis müavinini güllələyən şəxslərin məqsədləri bəlli oldu

© Sputnik / Murad OrujovDaxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar qəsdən adam öldürməyə cəhd göstərməkdə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərməkdə ittiham olunurlar

BAKI, 16 oktyabr — Sputnik. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakının mərkəzində, Səbail rayonundakı Təzəbəy hamamının qarşısında baş vermiş silahlı insident nəticəsində Səbail rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı Orxan Axundzadə və Nizami rayon Polis İdarəsinin 23-cü bölməsinin sabiq rəisi Müşfiq Mədətov yaralanıb.

Səbail Rayon Polis Şöbəsinin məsul əməkdaşına qarşı odlu silahdan istifadə edən üç məhkuma qarşı cinayət işi açılıb. Onlar qəsdən adam öldürməyə cəhd göstərməkdə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərməkdə ittiham olunurlar.

Bu barədə Baş prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir. 

Avtomat silah - Sputnik Azərbaycan
HADİSƏ
Polisin güllələnməsinədək dərinləşən olayın təfərrüatı və ilginc səbəbi

Bəyanatda bildirilir ki, oktyabrın 14-də saat 19:00-da Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən Təzəbəy hamamı qarşısındakı çay evində cinayətkarlar Müşfiq Mədətovun üzərinə bıçaqla hücum edərək onu boğazından yaralayıblar. Bununla bağlı AR Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) və 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

15 oktyabr saat 04:00 radələrində M.Mədətovu bıçaqlayan şəxslərin tutulması üçün əməliyyat keçirilən zaman şübhəlilər 90-LT-997 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobildən Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni atəşə tutaraq ayağından güllə ilə vurub qaçıblar. Daha sonra keçirilən geniş əməliyyat zamanı şübhəli şəxslər saxlanılıb. Məlum olub ki, Mədətovu bıçaqlayıb polisi güllələyən şəxslər 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü Həsənov Emin Vaqif oğludur.

Saxlanılan şəxslərlə bağlı AR CM-nin 221-ci maddəsinin ayrı-ayrı bəndləri ilə yanaşı 29-cu (Cinayət etməyə cəhd), 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə də cinayət işi açılıb. 

Həbs, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda nələr baş verir: Prezidentin mühafizəçisi saxlanıldı

M. Mədətovu bıçaqlayanlara qarşı keçirilən əməliyyat zamanı rəis müavini, polis polkovniki Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı "Lexus" markalı maşının sahibinin kimliyi də məlum olub. Avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsusdur. Onu etibarnamə ilə Emin Həsənov idarə edib. Sözügüdən şəxs Mədətova və rəis müavininə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə şübhəlilərin olduğu "Lexus" avtomobilinə yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O. Axundzadə yaralanıb. Daha sonra keçirilən əməliyyat zamanı polisə müqavimət göstərən şəxslər saxlanılıb.

Xəbər lenti
0