BAKI, 16 oktyabr — Sputnik. Futbol üzrə Çempionlar Liqasının III turunda "Qarabağ"ın qonağı olacaq İspaniyanın "Atletiko" komandası Bakıya 20 futbolçu ilə gələcək.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, baş məşqçi Dieqo Simeone oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç üçün 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçunu heyətə daxil edib.
Yerli vaxtla saat 14:00-da yola düşəcək "Atletiko" Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.
Qapıçılar: Yan Oblak, Migel Anhel Moyya, Aksel Verner.
Müdafiəçilər: Dieqo Qodin, Filipe Luis, Lukas Ernandes, Şime Vrsalko, Stefan Saviç, Xose Mariya Ximenes.
Yarımmüdafiəçilər: Koke, Saul Nyiqes, Tomas Partey, Qabi Fernandes, Yannik Karrasko, Auqusto Fernandes, Nikolas Qaytan.
Hücumçular: Fernando Torres, Antuan Qrizmann, Kevin Qameyro, Anhel Korrea.
Qeyd edək ki, "Qarabağ" — "Atletiko" oyunu oktyabrın 18-də saat 20:00-da başlayacaq.