Əsgərlər gecə klubunda dava saldılar

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidВ одном из ночных клубов, фото из архива
В одном из ночных клубов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dava nəticəsində bir əsgər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib

BAKI, 15 oktyabr — Sputnik. NATO-nun Almaniyadan olan əsgərləri, Litvada bir barda dava salıblar. Hadisə Rukla şəhərindəki gecə klublarından birində baş verib.

NATO bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Moskvada NATO binasına hücum olub

Sputnik Almaniya xəbər verir ki, əsgərlər barda həddindən artıq spirtli içki qəbul etdikdən sonra, ətrafdakı mülki şəxslərlə mübahisə ediblər. Mübahisə əlbəyaxa dava çevrilib və hadisə yerinə polis qüvvələri cəlb olunub.

Dava nəticəsində bir əsgər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər əsgərlər isə qərargahlarına aparılıblar.

Qeyd olunur ki, NATO hərbçilərinin Litvada dava-dalaş salmalası ilk belə hadisə deyil. Daha əvvəl də, Alyansın Çexiyadan olan əsgərləri Litva polisi ilə "toqquşmuş", nəticədə polis əsgərlərə qarşı elektroş cihazlarından istifadə etmişdi.

Xəbər lenti
0