BAKI, 14 oktyabr — Sputnik. NATO-nun Moskvada yerləşən Məlumat Mərkəzinin binasına, ətrafa tüstü yayan partlayıcı maddə ilə hücum olub. Sputnik Türkiyə xəbər xəbər verir ki, hadisə dünən axşam saatlarında naməlum şəxslr tərəfindən törədilib.
Rusiya hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polis həmin şəxslərin saxlanılması üçün araşdırma aparır. Bundan başqa, Mitnaya küçəsindəki binalardan birinin parkinq əraizisinə də bir neçə tüstü bombası atılıb.