Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançılarımız növbəti yarışa hazırlaşır

Abunə olmaq
Ağır atletlər öz güclərini sınayacaq

BAKI, 12 oktyabr — Sputnik. 15-22 oktyabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Ağır atletika federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər.

Yarışda yaşı 20-yə qədər olan atletlərimiz Elnarə Abbasova (63 kq), Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn Rüstəmov (94 kq) və yaşı 23-ə qədər olan atletlərimiz Mərziyyə Məhərrəmova (48 kq), Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq) öz gücünü sınayacaq.

Xəbər lenti
0