ABŞ nüfuzlu beynəlxalq təşkilatı tərk etdi

© REUTERS / Philippe WojazerUNESCO-nun Parisdəki mənzil-qərargahı qarşısında ABŞ bayrağı, 12 oktyabr 2017-ci il
UNESCO-nun Parisdəki mənzil-qərargahı qarşısında ABŞ bayrağı, 12 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Altı il əvvəl ABŞ Fələstinin təşkilata daxil olmasına etiraz əlaməti olaraq YUNESKO-ya üzvlük haqqı ödəməkdən imtina edib

BAKI, 12 oktyabr — Sputnik. ABŞ YUNESKO-nun rəhbəri İrina Bokovaya təşkilatdan çıxmaq barədə rəsmi bildiriş göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

"Dövlət Departamenti YUNESKO-nun baş direktoru İrina Bokovanı ABŞ-ın təşkilatdan çıxaraq YUNESKO yanında daimi müşahidəçilər missiyası yaratmaq barədə qərarı barədə xəbərdar edib" – deyə Departamentin bəyanatında bildirilir.

Məlumata əsasən, rəsmi surətdə ABŞ təşkilatı 2018-ci il dekabrın 31-də tərk edəcək.

İrina Bokova öz növbəsində ABŞ-ın təşkilatdan çıxmasından təəssüfləndiyini deyib. 

YUNESKO-nun şah əsərləri sırasına daxil edilmiş Azərbaycan inciləri - Sputnik Azərbaycan
VİDEO
YUNESKO-nun şah əsərləri sırasına daxil edilmiş Azərbaycan inciləri

Bu həftənin sonunadək YUNESKO yeni baş direktorunu seçəcək.

Foreign Policy-nin məlumatına əsasən, ABŞ-ın qərarına təşkilatın İsrailə münasibəti rol oynayıb. Ötən il təşkilat İsrailin Şərqi Qüdsdəki dini obyektlərə qarşı siyasətini ittiham edən qətnamə qəbul edib. Bunun ardınca İsrail təşkilatdakı səfirini geri çağırıb.

Bu ilin iyulunda isə YUNESKO Hevrona şəhərini Fələstinin Ümumdünya irsi elan edib.

Altı il əvvəl ABŞ Fələstinin təşkilata daxil olmasına etiraz əlaməti olaraq YUNESKO-ya üzvlük haqqı ödəməkdən imtina edib.

Xəbər lenti
0