ABŞ Türkiyə ilə bağlı şərtini açıqladı

CC0 / tpsdave / White HouseБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Münasibətlərimizin düzəlib-düzəlməməsi Türkiyənin mövqeyinə bağlıdır"

BAKI, 11 oktyabr — Sputnik. "ABŞ-ın Ankaradakı səfiri Con Bass ölkənin ən yaxşı diplomatlarından biridir və viza qərarını həm Dövlət Departamenti, həm də Ağ Evlə koordinasiyalı şəkildə qəbul edib".

Washington and NATO are not seeking confrontation with Russia, but will not compromise on international principles vital for European and US security, Pentagon spokesperson Lt. Col. Vanessa Hillman said - Sputnik Azərbaycan
Pentaqon Türkiyə ilə müttəfiqliyin və İncirliyin taleyinə aydınlıq gətirdi

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, bu açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauert verib. O, Türkiyə ilə viza böhranını şərh edərkən, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşının həbsindən məyus olduqlarını dilə gətirib.

"Türkiyənin qərarından narahatıq. Türkiyə hökumətinin nə üçün belə bir addım atdığı bəzi suallar doğurur. Münasibətlərimizin düzəlib-düzəlməməsi Türkiyənin mövqeyinə bağlıdır" — deyə Xezer Nauert bildirib.

Onun sözlərinə görə, həbs edilən konsulluq əməkdaşlarının tez bir zamanda sərbəst buraxılması dialoq üçün yaxşı başlanğıc olacaq.

Xatırladaq ki, ABŞ Türkiyə vətəndaşlarına qarşı viza qadağası tətbiq edib. Buna adekvat olaraq Ankara da eyni qərarı qəbul edib.
Xəbər lenti
0