QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sarkisyan "Cənab Yox" rolunu oynayır

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidПрезидент Армении Серж Саргсян, фото из архива
Президент Армении Серж Саргсян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı analitikin fikrincə, Serj Sarkisyan hakimiyyətdən gedərkən ölkə ictimaiyyətinin və erməni diasporunun yaddaşında güzəştlərə getməyən adam kimi qalmaq istəyir

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıqla bağlı danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin intriqa nisbiliyini yaradan aspektidir.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik oktyabrın 7-də Azərbaycana səfər ediblər. Onlar burada rəsmi şəxslərlə görüşüblər. Şofer həmsədr olandan sonra regiona ilk dəfə səfər edib. O, daha əvvəl Ermənistanda olub. 

МИД Турции - Sputnik Azərbaycan
QARABAĞ
Türkiyə XİN Dağlıq Qarabağla bağlı bəyanat yaydı

Səfərin yekunu olaraq həmsədrlər bəyan ediblər ki, onların məqsədini və gündəliklərinin əsasını Azərbaycan və Ermənistan prezidentlərinin irəlidə gözlənilən görüşünə hazırlıq təşkil edir. Qeyd olunub ki, prezidentlərin hər ikisi Qarabağ münaqişəsinini sülh yolu ilə həlli məqsədilə danışıqları bərpa etməyə hazırdırlar.

Neyjmakovun fikrincə, hər iki ölkənin prezidenti bu addımı atmağa razılaşacaqdılar, burada qeyri-adi heç nə yoxdur. Lakin, ehtimal ki, hər iki tərəf görüşün gecikdirilməsinə çalışacaq.

Ekspertin fikrincə, bunun səbəbi aydındır. Onun sözlərinə görə, görüşün dəqiq tarixi rəsmən məlum olandan sonra tərəflərə danışıqlarla bağlı beynəlxalq təzyiqlər azalacaq. Lakin bu, müvəqqəti effekt verəcək.

Sputnik Azərbaycan-ın müsahibinin fikrincə, dəqiq tarix elan olunandan sonra "danışıqlar haqqında danışıqlar" dövrünə də vaxt sərf olunacaq. Ancaq hər iki tərəfin manevr etmək üçün yeri daralacaq. 

Азербайджанские военнослужащие на боевом посту. Архивное фото - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan razılaşmanı pozub

Ekspert qeyd edib ki, özü-özlüyündə danışıqlarla bağlı razılığın əldə olunması tərəflərin beynəlxalq aləmdə imicinə müsbət təsir göstərir. Əslində bu, Yerevan və Bakını həmin danışıqlara itələyən başlıca məqsəddir.

"Bu faktorların kombinasiyası həm də onu aydınlaşdırmağa kömək edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri niyə İlham Əliyevlə Serj Sarkisyan arasında keçiriləcək görüşün dəqiq tarixi müəyyən edilməmiş danışıqların olacağı barədə rəsmi informasiya yayıblar" — deyə o, bildirib.

Neyjmakov başqa bir aspektə də diqqət yetirməyi tövsiyə edir. O, Serj Sarkisyanın BMT Baş Assambleyasında erməni-türk protokollarının ləğvi ilə bağlı məşhur bəyanatını da xatırladıb.

Ekspertin fikrincə, bəzən bir istiqamətdə sərt ritorika siyasəti digərində güzəştlər üçün örtük rolunu oynayır. Belə olan təqdirdə, Sarkisyan 2018-ci ildə postundan gedərkən respublikanın daxilində (eləcə də erməni diasporunun nümayəndələri arasında-red.) elə rəy yaratmaq istəyir ki, onu məhz güzəştlərə meylli olmayan "Cənab Yox" kimi qəbul etsinlər).

"Dialoqda sonuncu ifadə yadda qaldığı kimi siyasətçinin hərəkətlərində də vəzifədən getməmişdən əvvəlki sonuncu addımları və bəyanatları yadda qalır. Özü də, əgər o, karyerasını davam etdirmək istəyirsə, buna çox ehtiyacı var" — deyə o bildirib. 

Serj Sarkisyan. Arxiv şəkli - Sputnik Azərbaycan
Serj Sarkisyan hökuməti istefaya göndərdi

Sputnik-in həmsöhbətinin fikrincə, maraqlıdır ki, məhz belə mövqe — yəni Sarkisyanın öz "yox" ifadəsindən istifadə etməsi üçün azərbaycanlı həmkarı ilə görüşməsi əlavə stimul ola bilər.

Neyjmakov həmçinin Yerevana beynəlxalq təzyiq edildiyinə əmindir. Onun fikrincə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin Bakının nəzarəti altına qaytarılması ehtimalının müzakirə oluna biləcəyi barədə məşhur bəyanatı da buradan qaynaqlanır.

Amma Sarkisyan mümkün olan hər şeyi edir ki, Əliyevlə görüşdə mümkün qədər hansısa güzəştlərlə bağlı bəyanat verməsin.

Xəbər lenti
0