QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə XİN Dağlıq Qarabağla bağlı bəyanat yaydı

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə XİN ölkə vətəndaşlarına Dağlıq Qarabağa səfər etməmələri ilə bağlı xəbərdarlıq edib

BAKI, 4 oktyabr — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN), ölkə vətəndaşlarına, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

Cinayət məcəlləsi, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Türkiyənin tanınmış şəxslərindən Azərbaycana qarşı ağır cinayət

"Türkiyə vətəndaşları Dağlıq Qarabağa və işğal altında olan digər ərazilərə səfər etməkdən çəkinməlidirlər. Azərbaycan torpaqlarının 5-də biri işğal altındadır. Ölkəmiz bu işğalın sona çatması üçün 25 ildir, azərbaycanlı qardaşlarımızla birlikdə fəaliyyət göstərir" — deyə bəyanatda vurğulanır.

"Azərbaycan hökumətinin icazəsi olmadan, həmin ərazilərə səfər edilməsi beynəlxalq hüququ ziddir. Azərbaycan qanunlarına əsasən, bu torpaqlara gedənlərə sanksiya tətbiq edilir. İşğal altındakı bölgələrə gedən vətəndaşlarımıza zəruri hallarda konsulluq xidməti mümkün olmadığını, vətəndaşlarımıza işğal altındakı bölgələrə səyahət etməkdən çəkinmələri, bunun faydalı olduğunu xatırladırırıq" — XİN bəyan edir.

Xəbər lenti
0