Ərdoğandan gözlənilən açıqlama gəldi

© Photo : Mikhail Palinchak / Ukrainian Presidential Press Service / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə birgə mətbuat konfransı vaxtı, Kiyev, 9 oktyabr 2017-ci il
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə birgə mətbuat konfransı vaxtı, Kiyev, 9 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bəyan edib

BAKI, 9 oktyabr — Sputnik. Rəsmi Ankara ABŞ tərəfinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq qərarından təəssüf edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. 

Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyənin Azərbaycandakı keçmiş səfiri: "İkitərəfli əlaqələrdə belə şey ilk dəfədir"

“ABŞ-ın Ankaradakı səfirliyinin qərarı bizi təəssüfləndirdi. Türkiyə  hüquqi dövlətidir. Biz bir qəbilə və ya qəbilə dövləti deyilik. Bu səbəbdən Türkiyənin Vaşinqtondakı səfirliyi eynilə cavab verib” — deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Xəbər lenti
0