SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin Azərbaycandakı keçmiş səfiri: "İkitərəfli əlaqələrdə belə şey ilk dəfədir"

CC BY-SA 3.0 / Ayhan80 / FARUK LOĞOĞLU MECLİS BASIN TOPLANTISINDATürkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu, arxiv şəkli
Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 9 oktyabr — Sputnik. Türkiyənin ABŞ-da və Azərbaycandakı keçmiş səfiri Osman Faruk Loğoğlu, ABŞ-la Türkiyə arasındakı viza qalmaqalına münasibət bildirib. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, F. Loğoğlu indiyədək Türkiyə-ABŞ əlaqələrində bu cür qərarın verildiyini xatırlamadığın söyləyib.

Onun fikrincə, ABŞ-ın atdığı addım səhvdir: "ABŞ-ın bu qərarı birbaşa Türkiyə vətəndaşlarına mənfi təsir edəcək. ABŞ-ın atdığı addım səhvdir. Bu, ABŞ-ın insan hüquqları və qanunun aliliyi anlayışlarını müdafiə etməsi ilə ziddiyyət təşkil edir".

Diplomat, qərarın tələbələrə, xəstələrə, iş adamlarına ciddi zərər vuracağını qeyd edib.

Kipr Sülh Hərəkatı dövrünü xatırladan F. Loğoğlu ABŞ-ın Türkiyəyə silah embarqosu tətbiq etdiyini, lakin, bu cür bir qərar vermədiyini söyləyib.

Türkiyə ictimaiyyətində ABŞ-ın viza qərarı Ankara-Vaşinqton əlaqələri baxımından görünməmiş bir hadisə kimi şərh edilir.

Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında qeyri-miqrant viza xidmətlərinin dayandırıldığını açıqlayıb.

Osman Faruk Loğoğlu 1996-1998-ci illərdə Türkiyənin Bakıdakı, 2001-2006-cı illərdə isə Vaşinqtondakı səfiri olub. 

Xəbər lenti
0