Məmmədyarov: "GUAM-ın nüfuzu getdikcə artır"

© Sputnik / Murad OrujovAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, arxiv şəkli
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
GUAM-ın XİN rəhbərləri Tbilisidə fəaliyyət planı və əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalayıblar

BAKI, 8 oktyabr — Sputnik. Oktyabrın 8-də Tbilisidə GUAM-ın yaranmasının XX ildönümü ilə əlaqədar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin geniş formatda görüşü keçirilib.

“Report” xəbər verir ki, toplantıda GUAM ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.

Görüşdə, əsasən, təşkilatın yaranmasından ötən 20 il ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, perspektivlər, regional təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, regional münaqişələr, eləcə də regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub. 

Serj Sarkisyan. Arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə gələn həftə məlumat veriləcək

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze tədbiri açaraq iştirakçıları salamlayıb, GUAM-ın 20 illik fəaliyyətindən danışıb. Təşkilata üzv ölkələrin iqtisadi inkişafında, beynəlxalq nüfuzunun möhkəmlənməsində GUAM-ın rolunu xüsusi qeyd edib. Nazir, regional təhlükəsizlik, eləcə də Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərindən bəhs edib, irimiqyaslı enerji və infrastruktur layihələrinin region və Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın yaranmasının XX ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edib.

E.Məmmədyarov çıxışında GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb. Bildirib ki, GUAM təşkilatı üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır.

GUAM-ın nüfuzunun gündən-günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib. Qeyd edib ki, üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal faktından qurtulmalıdır. GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq. 

Бакинский Олимпийский Стадион - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan daha bir idman oyunlarını qəbul etməyə hazırlaşır

Azərbaycanın XİN rəhbəri regionda həyata keçirilən irimiqyaslı layihələr, xüsusən də Avropa ilə Asiyanı birləşdirən qədim İpək yolu, bu layihənin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi əlaqələrimizin sektorlar üzrə inkişafında mühüm rol oynadığını xüsusi qeyd edib. Humanitar, mədəni, turizm və idman sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan E.Məmmədyarov digər ölkələri də bu sahələrdə birgə əməkdaşlığa dəvət edib.

Sonra Ukrayna və Moldovanın xarici işlər nazirləri, GUAM-ın Baş katibi Altay Əfəndiyev çıxış edib, GUAM-ın fəaliyyət prinsipləri və perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, GUAM regional təşkilat olaraq siyasi platformaya malikdir və bu təşkilat çərçivəsində üzv ölkələr bir çox məsələlərdə, xüsusilə də digər ölkələri tərəfindən üzv ölkələrin ərazilərinin işğal olunması faktı ilə bağlı vahid mövqedən çıxış etməlidirlər.

Görüşdə, müşahidəçi qismində ABŞ, Yaponiya, Vişeqrad qrupu, Baltik Assambleyasının nümayəndələri, habelə, Tbilisidə akkreditə olunmuş bəzi ölkələrin səfirliklərinin əməkdaşları iştirak ediblər.

Sonda fəaliyyət planı və əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.

Xəbər lenti
0