Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Prosineçki Almaniya ilə oyundan öncə iddialı danışdı

© AP Photo / Mindaugas KulbisAzərbaycan milli futbol komandasının baş məşqçisi Robert Prosineçki, arxiv şəkli
Azərbaycan milli futbol komandasının baş məşqçisi Robert Prosineçki, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 7 oktyabr — Sputnik. Futbol üzrə Dünya çempionatı — 2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Almaniya ilə qarşılaşacaq.

"Report" xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki sabah Almaniyaya qarşı keçirəcəyimiz matçdan öncə mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandırıb:

— Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdır. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları "qıdığlaya bildik". Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər.

- Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?

— Əgər oyun bu gün olsaydı heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdircəyəm.

—  Rəşad Sadıqov da milliylə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?

— Yox. Çexiya ilə oyun Rəşad üçün son oyun idi.

- Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsüz?

— Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.

Xəbər lenti
0