Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol Federasiyasının prezidenti istefa verməyə hazırlaşır

© Photo : HaberturkTürkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Türkiyə millisi İ qrupunda 14 xalla 4-cü pillədədir

BAKI, 7 oktyabr — Sputnik. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən istefa verməyə hazırlaşır.

"Report"un verdiyi məlumata görə, Dəmirörən Türkiyə millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə şansını itirməsindən sonra belə fikrə düşüb.

Ötən gün o, "ay-ulduzlular"ın İslandiyaya 0:3 hesabı ilə uduzduğu IX tur matçından sonra stadionu baş nazir Binəli Yıldırımla birgə tərk edib. Federasiya prezidentinin istefada qərarlı olduğu bildirilir.

Yığmanın baş məşqçisi Mirça Luçesku isə oktyabrın 9-da Finlandiya ilə səfərdə keçirəcəkləri son seçmə oyuna ən azı 4 futbolçunu aparmamağı məqsədəuyğun sayıb. Bunlar Arda Turan, Burak Yılmaz, Selçuk İnan və Caner Erkindir. Arda İslandiya ilə oyunda azarkeşlərin etirazı ilə qarşılaşıb. Burak və Selçukun yüngül zədəsi var. Caner isə sarı vərəqə cəzalısıdır. Bu siyahıya yeni oyunçuların da qoşulacağı gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə millisi İ qrupunda 14 xalla 4-cü pillədədir.

Xəbər lenti
0