Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gədəbəydə kartof münaqişəsi qətllə qurtardı

© Sputnik / Ilham MustafayevGədəbəy rayonunun Şınıx kəndi
Gədəbəy rayonunun Şınıx kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Gədəbəy rayonunda qadın amansızcasına qətlə yetirilib

BAKI, 6 oktyabr — Sputnik. Oktyabrın 5-də Gədəbəy rayonunda qadın amansızcasına qətlə yetirilib.

Bu barədə Sputnik Azərbaycan-a rayon prokurorluğundan məlumat verilib.

Rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib. Cinayətdən dərhal sonra cani gizlənib. Hazırda Gədəbəy rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları ətraf meşələri və digər əraziləri axtarırlar. 

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda dəhşətli qətl baş verdi

Bununla yanaşı qətlin təfərrüatları üzə çıxıb. Məlum olub ki, Muxtarovlar boşandıqdan sonra sahələri bölüblər və qonşuluqda yaşayıblar. Onların iki azyaşlı uşaqları olub. Bundan əvvəl ailədə vaxtaşırı münaqişələr baş verirmiş. Bununla bağlı hətta dəfələrlə polisə müraciət edilib.

Qətlə gətirib çıxaran sonuncu münaqişə Gədəbəy rayonunu məşhurlaşdıran kartof üstündə olub. Muxtarovlar yolla iki yerə ayrılmış sahələrdə kartof əkiblər. Məhsulun yığım vaxtı yetişəndə Muxtarovanın keçmiş qaynanası gəlininə kartofu onların zirzəmisində saxlamağı təklif edib. Mətanət Muxtarovanın kartofu saxlamağa yeri olmadığından, qayınanasının təklifini qəbul edib.

Lakin bir neçə gün keçəndən sonra M.Muxtarova keçmiş əri və qaynanasının onun kartofunu satmaq üçün bazara apardıqlarını bilib. Elə bu səbəbdən də onların arasında münaqişə baş verib. Tərəflər bir-birilərini təhqir etməyə başlayıblar və hər şey onunla bitib ki, kişi gecə yarısı keçmiş həyat yoldaşının yanına gedib və onun boğazını kəsib. 

Гроза, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Kartof yığarkən ildırım vurdu

Faktla bağlı cinayət işi açılıb və rayon prokurorluğunda istintaq gedir.

Xatırladaq ki, Gədəbəy rayonunda sonuncu dəfə ikiqat qətl hadisəsi sentyabrın 21-də Qurudərə kəndində törədilmişdi. Şöhrət Məsimov 1931-ci il təvəllüdlü atası Mikayıl Məsimov və 1938-ci il təvəllüdlü anası Ayna Məsimovanı bıçaqla qətlə yetirmişdi. Qatil yaxınlıqdakı meşəlikdə gizlənsə də, bir neçə gündən sonra saxlanıb. İstintaq orqanları müəyyən ediblər ki, bu, Şöhtər Məsimovun törətdiyi ilk qətl hadisəsi deyil. Məlum olub ki, Məsimov 2000-ci ilin əvvəllərində Rusiyada da adam öldürüb və buna görə cinayət məsuliyyətinə cəlb olunmayıb.

Xəbər lenti
0