BAKI, 11 iyul — Sputnik. Rusiyanın paytaxtı Moskvada dəhşətli qətl hadisəsi baş verib. Hadisə Altufyevsk şosesində yerləşən binanın ofisində yaşanıb. Sputnik Azərbaycan "Ren Tv"-yə istinadən xəbər verir ki, binaya daxil olan kişi qadını güllələyib. Sonra isə özü intihar edib.
Məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb. Hadisənin nə səbəbdən baş verdiyi isə hələlik bilinmir.