Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bölgə sakinlərinin həyatı təhlükə altındadır

© Sputnik / Ilham AhmadovŞamaxıda torpaq sürüşməsi
Şamaxıda torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Üç kənddə 70-ə yaxın ev, torpaq sürüşməsi səbəbindən qəzalı vəziyyətə düşüb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Torpaq sürüşməsi Ağsu rayonunun Dilman, Xatman və Hacman kəndlərinin sakinlərini çətin duruma salıb. Belə ki, son günlər intensiv yağan yağışlardan sonra ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.

Şamaxıda sürüşmə - Sputnik Azərbaycan
HADİSƏ
Bu bölgədə sürüşmə davam edir: insanlar evlərini tərk edirlər

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, torpaq sürüşməsi nəticəsində bir neçə evdə irili-xırdalı çatlar əmələ gəlib. Ötən əsrin 50-ci illərində inşa edilmiş evlər qəzalı vəziyyətə düşdüyü üçün yaşayış üçün təhlükəli hesab edilir.

Üç kənddə, ümumilikdə 70-ə yaxın ev, torpaq sürüşməsi səbəbindən qəzalı vəziyyətə düşüb və Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qeydiyyata alınıb. Kənd sakinləri qəzalı vəziyyətdə olan evlərdə qalmağın təhlükəli olduğunu və hər an qorxu içində yaşadıqlarını bildiriblər. Vətəndaşlar onlar üçün yeni mənzillərin inşa ediləcəyinə ümid edirlər.

Qeyd edək ki, intensiv yağan yağışların təsiri nəticəsində Dilman, Xatman və Hacman kəndlərini əhatə edən sürüşmə sahəsində, mövcud torpaq çatlarının ölçülərində də genişlənmə qeydə alınıb. Hazırda sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunur, yeni sürüşmə sahələri əmələ gəlib. Bir neçə həyətyanı sahədə çökmə baş verib, meyvə bağı və əkin sahələri yararsız hala düşüb.

Xəbər lenti
0