CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaş bu halda məsuliyyətə cəlb oluna bilərmi - aydın oldu

© Sputnik / Murad OrujovЛюди на одной из центральных улиц Баку, фото из архива
Люди на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İntihar edənə kömək etmədiyi üçün heç kim məsuliyyət daşımamalıdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Son zamanlar Azərbaycanda intihar halları xeyli artıb. Vəziyyət elə həddə çatıb ki, az qala hər gün bir neçə intihar xəbəri alırıq. İnsanlar ən müxtəlif yollarla, ən müxtəlif şəkildə həyatlarına qıyırlar.

Azərbaycanda intiharların statistikası artır - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanda intiharların statistikası artır

Bəzi insanlar isə intiharlarını, belə demək mümkünsə, ictimailəşdirməyə cəhd edirlər. Onlar intihar aktını digərlərinin gözü önündə, nümayişkəranə şəkildə həyata keçirir və ya buna cəhd edirlər.

İntihar cəhdinə şahid olan insanların isə hadisəyə münasibəti fərqli olur. Bəziləri intihara cəhd edənə kömək etməyə çalışsa da, bir qisim insanlar "məndən ötdü" prinsipini əsas tutaraq, hadisə yerindən uzaqlaşırlar.

Bəs, intihara cəhd edən insana kömək etməyən vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilərmi? Sputnik Azərbaycan-ın əməkdaşı bu sualın cavabını tapmağa çalışıb.

Hüquqşünas Fuad Ağayev bildirib ki, ümumiyyətlə, intihar edənə kömək etmədiyi üçün heç kim məsuliyyət daşımamalıdır: "Amma xüsusi hallar var ki, o zaman vətəndaş köməyə ehtiyacı olan insana yardım etmədiyi üçün cinayət məsuliyyətinə cəlb oluna bilər".

"Məsələn, bir şəxsi avtomobil vurubsa və hadisə şahidi olan insan yaralıya kömək etməyibsə, cinayət məsuliyyətinə cəlb oluna bilər. Amma kimsə intihara cəhd edirsə və bu zaman hadisənin şahidi müdaxilə etməsə, ona cinayət işi açıla bilməz" — deyən hüquqşünasın sözlərinə görə, intiharı görüb, amma müdaxilə etməyən vətəndaş heç bir məsuliyyət daşımır və belə hal baş verərsə, cinayətə cəlb oluna bilməz.

Vəkil İlham Rəşidoğlunun sözlərinə görə isə, qanun vətəndaşların üzərinə digər öhdəlik qoyur: "Köməksiz vəziyyətdə olan insana kömək etmək vacibdir. Məsələn, insan özündən getsə və ya maşın vurub onu zədələsə, dərman preparatının təsiri altına düşsə, qanaxması olsa, ətrafda olan hər bir kəsin borcudur ki, belə insana kömək etsin. Əks halda kömək etməyən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər".

İntihar, səhnələşdirilmiş foto - Sputnik Azərbaycan
HADİSƏ
Zaqatalada tarix müəllimi intihar edib

"İntihar edən insanlar köməksiz vəziyyətdə yox, anlaqsız vəziyyətdə olurlar. Bu anda həmin insanın nə düşündüyünü müəyyən etmək mümkün deyil. Belə halda onların necə hərəkət edəcəyini bilmək olmur. Hətta ona kömək edənə belə, zərər yetirə bilərlər. Bu səbəbdən insanlar yardım etməkdən çəkinirlər" – deyə vəkil qeyd edib.

Hüquqşünas onu da əlavə edib ki, belə halda intihara cəhd edən insanı fikirdən daşındırmağa çalışmaq, yardım çağırmaq olar: "Amma intihara cəhd edən insana kömək etməməyə görə heç kim cinayət məsuliyyətinə cəlb oluna bilməz".

Xəbər lenti
0