Azərbaycanda intiharlarla bağlı vəziyyət, bu barədə həyəcanverici tendensiyalar və intiharlarla mümkün mübarizə yolları barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tanınmış psixoloq Azad İsazadə və jurnalist Ramella İbrahimxəlilova danışdılar.
ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan həyatına qəsd edir və 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hal-hazırda intiharların səviyyəsinə görə Qərbi Avropa öndə gedir. Dünyada intihar edənlərin təxminən 1%-i Azərbaycanın payına düşür.